18 İyul 2024, 23:22
FUTBOL
“Çətin oyun oldu. Mübarizəyə görə futbolçularıma təşəkkür edirəm”.
Matc.az xəbər verir ki, bu sözləri Moldovanın “Şerif” komandasının baş məşqçisi Yuri Qura UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmasında Bakıda “Zirə”yə penaltilər seriyasında (5:4) qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibin 10 nəfərlə qalmasının oyunun taleyinə təsir etdiyini bildirib: “Əlbəttə, bu epizoddan sonra matçda dəyişiklik oldu. Bizim də qapımız qarşısında qol vəziyyətləri baş verdi. Əsas odur ki, Moldovaya qələbə ilə qayıdırıq”.