19 İyul 2024, 00:43
FUTBOL
“Mançester Yunayted” daha əvvəl “Lill”də çıxış etmiş 18 yaşlı mərkəz müdafiəçisi Leni Yoronu aldığını rəsmən açıqlayıb.
Matc.az xəbər verir ki, fransız futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
Transferin məbləği 62 milyon avro olub. Yoro “Old Trafford”da ilkin olaraq 7-8 milyon avro qazanacaq, lakin razılaşmaya əsasən, onun maaşı hər il arta bilər.
Qeyd edək ki, ötən mövsüm Yoro bütün turnirlərdə 44 oyunda 3 qol vurub.