Baş hakim funksiyasını Yovan Kaçevski yerinə yetirəcək.

“Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsində “Dunayska Ştreda” ilə keçirəcəyi cavab matçının hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, Slovakiyada baş tutacaq görüş Şimali Makedoniyadan olan referilərə həvalə olunub.

Baş hakim funksiyasını Yovan Kaçevski yerinə yetirəcək. Ona Slaqjan Markoski və Branko Putilin yardımçı olacaq. Oyunun dördüncü hakimi isə qadın ədalət təmsilçisi İvana Projkovska olacaq.

Qeyd edək ki, “Dunayska Ştreda” – “Zirə” matçı avqustun 1-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest