19 İyul 2024, 11:40
FUTBOL
"Mançester Yunayted"in futbolçusu Meyson Qrinvud komandasını dəyişib. Matc.az xəbər verir ki, 22 yaşlı hücumçu "Marsel"ə transfer olunub.
Bu barədə Fransa klubunun saytı məlumat yayıb. Qrinvud yeni komandasında 10 nömrəli forma geyinəcək.
Qeyd edək ki, ingilis oyunçu ötən mövsümü icarə əsasında “Xetafe”də keçirib.