19 İyul 2024, 12:16
FUTBOL
Azərbaycan millisinin keçmiş üzvünə Ağdam klubunda iş verilib.
Futbolçu karyerasını başa çatdıran “Qarabağ”ın sabiq müdafiəçisi Maksim Medvedev məşqçiliyə başlayır. Matc.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş üzvünə Ağdam klubunda iş verilib.
Maksim Medvedev bundan sonra “Qarabağ”ın akademiyasında işləyəcək. O, ağdamlıların U-14 komandasında baş məşqçi Samir Musayevin köməkçisi kimi fəaliyyət göstərəcək. “Qarabağ”la Medvedev arasında artıq rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, Maksim Medvedev futbolçu karyerası “Qarabağ”dan başqa klubda oynamayıb.