"Villarreal" rəhbərliyi komandanın kapitanı Raul Albiolla əməkdaşlığı davam etdirmək qərarına gəlib. Matc.az xəbər verir ki, 38 yaşlı müdafiəçi ilə yeni müqavilə imzalanıb.

Razılaşmaya əsasən, Albiol daha 1 il “Vilyarreal”ın formasını geyinəcək.

Qeyd edək ki, Albiol 2019-cu ildən "Vilyarreal"ın üzvüdü. O, karyerası ərzində "Real", "Napoli" və "Valensiya" klublarında da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest