19 İyul 2024, 14:05
FUTBOL
Babək Quliyev Macarıstana yollanacaq.
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.
O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 25-də keçiriləcək “Paksi” (Macarıstan) - AEK (Larnaka, Kipr) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Paksi şəhərinin eyniadlı stadionunda keçiriləcək.