19 İyul 2024, 15:07
FUTBOL
AVRO-2024-də 1/8 finalda Almaniya millisinə uduzaraq (0:2) mübarizəni erkən dayandıran Danimarka yığması baş məşqçisiz qalıb. Matc.az xəbər verir ki, Kasper Yulmann millinin çalışdırıcısı postunu tərk edib.
Bu barədə Danimarka Futbol Federasiyasının saytı məlumat yayıb.
Yulmannın ayrılığından sonra yeni məşqçi təyin olunanadək bu vəzifəni müvəqqəti olaraq Morten Viqhorst icra edəcək.
Qeyd edək ki, Kasper Yulmann 2020-ci ildən Danimarka millisini çalışdırırdı.