19 İyul 2024, 16:53
FUTBOL
“Borussiya” klubu heyətinə yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, Dortmund təmsilçisi "Ştutqart"dan Seru Girassini transfer edib.
Bu barədə məlumat Bundesliqa klubunun saytında yayılıb.
Qeyd edək ki, 28 yaşlı futbolçu ötən mövsüm "Ştutqart"ın heyətində Bundesliqanın bombardiri adını qazanıb. Qvineyalı futbolçu 28 oyunda 28 qola imza atıb.