“Betis”in hücumçusu Borxa İqlesias “Selta”ya keçib.

Matc.az xəbər verir ki, Viqo təmsilçisi 31 yaşlı ispaniyalını bir mövsümlük icarəyə götürüb.

Qeyd edək ki, “Betis” Borxa İqlesiası 2019-cu ilin yayında “Espanyol”dan 28 milyon avroya alıb. Futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında Almaniya çempionu olduğu “Bayer”də keçirib.

İqlesias əvvəll də “Selta”da oynayıb, lakin onlarla cəmi iki oyun keçirib.

Ümumilikdə, peşəkar klub karyerasında forvard 428 matçda meydana çıxıb, 174 qol vurub və 23 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest