“Barselona” 50 milyon avroya yaxın təklif alacağı təqdirdə 27 yaşlı vinger Rafinyanı satmaq niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı “Sport.es” paylaşıb.

Bildirilir ki, braziliyalı futbolçunun özü də 2020-2022-ci illərdə “Lids”də çıxış etdiyi İngiltərə Premyer Liqasında qayıtmaqda maraqlıdır. Belə ki, Rafinya, “Atletik”in hücumçusu Niko Uilyamsın transferini birmənalı qarşılamır. O, Kataloniya klubundakı əsas heyətdə yerini itirə biləcəyindən narahatdır.

Qeyd edək ki, ötən mövsüm braziliyalı bütün turnirlərdə 37 matçda iştirak edib, 10 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest