“Lill” müdafiəçisini Mançester klubuna keçməyə razı olmasa, növbəti mövsüm bir dəqiqə belə oynamayacağı ilə hədələyib.
“Lill”in mərkəz müdafiəçisi Leni Yoro 62 milyon avroya (52 milyon avro və bonus olaraq 10 milyon avro) “Mançester Yunayted”ə keçib. Lakin son ana qədər “Real” rəhbərliyi Yoronun onlarla müqavilə imzalayacağına əmin olub, çünki futbolçu ilə şifahi razılıqları var idi.
Matc.az xəbər verir ki, “Marca” jurnalistlərinin yazdıqlarına görə, Yoroya bu transferin baş tutmaması üçün Fransa klubunun təhdidləri təsir edib.
Bildirilir ki, “Lill” müdafiəçisini Mançester klubuna keçməyə razı olmasa, növbəti mövsüm bir dəqiqə belə oynamayacağı ilə hədələyib.
Məsələ ondadır ki, ingilis klubu fransızlara daha sərfəli transfer məbləği təklif edib. Üstəlik, Yoronun “Lill” ilə müqaviləsi gələn ilin yayında başa çatacağından, onun azad agent kimi ayrılması riski də olub.
Qeyd edək ki, ötən mövsüm Yoro bütün turnirlərdə 44 matçda 3 qol vurub. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 50 milyon avrodur.