20 İyul 2024, 15:59
FUTBOL
“Real” hücumçu Kilian Mbappeyə xərclədikləri pulun bir hissəsini geri qaytarmaq istəyir.
“Real” hücumçu Kilian Mbappeyə xərclədikləri pulun bir hissəsini geri qaytarmaq istəyir. Bu məqsədlə Madrid klubun bir neçə gənc istedadını satmaq niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Bildirilir ki, “Real” 20 yaşlı müdafiəçi Mario Martin, 19 yaşlı hücumameyilli yarımmüdafiəçi Niko Pas və 19 yaşlı hücumçu Alvaro Rodriqeslə ayrılmağa hazırdır. Bu futbolçuların geri almaq maddəsi şərtiylə satılacağı vurğulanır.
Xatırladaq ki, İyunun 3-dən Mbappe rəsmi olaraq “Real”ın oyunçusu olub.