20 İyul 2024, 20:54
FUTBOL
Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə oynamaq hüququ qazanan “Şamaxı” yay təlim-məşq toplanışını davam etdirir.
Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə oynamaq hüququ qazanan “Şamaxı” yay təlim-məşq toplanışını davam etdirir.
Matc.az xəbər verir ki, bölgə klubu ikinci yoxlama oyununu keçirib.
“Şamaxı” Polşa təmsilçisi “Pelikan”ı 5:0 hesabı ilə məğlub edib.
Təmsilçimizin heyətində Conatan Benteke, Ramin Əhmədov, Belajdi Pusi və Elşad Tağıyev (2) fərqlənib.
Qeyd edək ki, “Şamaxı” ilk yoxlama görüşündə “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib.