“Liverpul” Səudiyyə Ərəbistanı klublarına 33 yaşlı mərkəz müdafiəçisi Vircil van Deyk üçün 55 milyon avro qiymət müəyyənləşdirib.

Matc.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

Bildirilir ki, artıq Pro Liqa klubları niderlandlı futbolçunun transferi ilə bağlı “Liverpul”la əlaqə saxlayıb. Hazırda adı açıqlanmayan Səudiyyə klubları 55 milyon avroluq qiyməti çox yüksək hesab edirlər.

Səudiyyə Ərəbistanı klubları Van Deykin “mersisaydlılar”la müqaviləsinin 2025-ci ilin yayında başa çatacağını nəzərə alaraq, onunla 2025-ci ilin yanvarında ilkin razılıq əldə edə biləcəyi vurğulanır.

Xatırladaq ki, Van Deyk 2018-ci ildən “Liverpul”da çıxış edir. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 30 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest