"Qalatasaray" 26 yaşlı yarımmüdafiəçi Vendelin transferi üçün "Zenit"ə 20 milyon avro dəyərində yeni rəsmi təklif göndərib.

"Qalatasaray" 26 yaşlı yarımmüdafiəçi Vendelin transferi üçün "Zenit"ə 20 milyon avro dəyərində yeni rəsmi təklif göndərib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Milliyet” nəşri paylaşıb.

Bildirilir ki, Vendel 20 milyon avroya alınarsa, bu transfer “Qalatasaray” tarixində rekorda imza atacaq.

Baş məşqçi Okan Burukun komandasında görmək istədiyi braziliyalı yarımmüdafiəçini Rusiya klubu satmaq niyyətində olmadığı, lakin futbolçu tərəfinin israrından sonra geri addım atdıqları qeyd edilir.

Vendelin “Sarı-qırmızılılar”ın uzun müddətdir 8 nömrədə yaşadıqları problemi həll etmək əzmində olduğu bildirilib.

Qeyd edək ki, “Qalatasaray” Mario Jardel üçün 17 milyon avro ilə tarixinin ən yüksək transfer haqqını ödəyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest