“Barselona”nın oyunçularının maaş fondunu azaltmaq üçün görməli olduğu işlərdən biri də, müəyyənləşdirdikləri futbolçularla yolları ayırmaqdır.

Matc.az xəbər verir ki, onlardan biri də fransalı müdafiəçi Klement Lenqletdir.

Onun kifayət qədər klub büdcəsinə təsir edən müqaviləsi var, lakin “Barselona” son mövsümlərdə onun xidmətində maraqlı deyil. Şübhəsiz ki, gələn il də bu vəziyyət dəyişməyəcək və Kataloniya klubu fransızı satmaq üçün variantlar axtarır. Amma “Barselona”nın problemi odur ki, Lenqletlə Səudiyyə Ərəbistanı klublarından başqa heç kim maraqlanmır və futbolçu özü də ora getmək istəmir.

Lenqlet 2018-ci ildə “Sevilya”dan “Barselona”ya gəlib. Kataloniyada dörd mövsüm keçirdikdən sonra o, getdikcə daha az oyun vaxtı almağa başladı. Bu səbəblə, əvvəlcə “Tottenhem”də, sonra isə “Aston Villa”da icarə əsasında çıxış edib.

“Barselona” nəhayət oyunçunu satmaq niyyətindədir, lakin təklif olmasa, icarə variantlarını nəzərdən keçirəcəklər.

Həmçinin, fransalı futbolçu ilə qarşılıqlı razılıq əsasında müqaviləni poza da bilərlər. Bu varianta daha sonra baxılacaq, çünki hələlik Lenqlet “Barselona”nı bu şəkildə tərk etmək istəmir. Kataloniya klubu özü özünü bu vəziyyətə salıb və həll yolu tapmaq asan olmayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest