“Ayaks”ın 18 yaşlı qapıçısı karyerasını “Arsenal”da davam etdirəcək.

Matc.az xəbər verir ki, London klubu 18 yaşlı qapıçı Tommi Setford ilə müqavilə imzalayıb.

Setfordun əvvəlcə “Arsenal”ın gənclər komandasına qoşulacağı gözlənilir, lakin əsas qapıçılar qrupu ilə məşq edəcək.

Qeyd edək ki, Tommi Setford Niderlandda anadan olub, lakin İngiltərə millisinin gənclər komandasında oynayıb. O, “Ayaks”ın gənclər komandasında oynayaraq klubun idman məktəbini keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest