22 İyul 2024, 10:37
FUTBOL
Futbol üzrə II Liqa komandası “Ağdaş”ın prezidenti Rəhman Əliyev faciəvi şəkildə ölüb. Matc.az xəbər verir ki, 34 yaşlı funksioner çayda boğulub.
O, dayısı oğlunu xilas etmək üçün Ağdaşda çaya düşüb. Lakin qohumunu sudan çıxara bilməyən klub rəhbəri özü də boğulub. Hər iki şəxsin meyiti səhər saatlarında sudan çıxarılıb.
Allah rəhmət eləsin!