22 İyul 2024, 16:14
FUTBOL
Yeni mövsüm üçün heyətini komplektləşdirməklə məşğul olan "Turan Tovuz" heyətinə yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, qərb təmsilçisi iranlı futbolçu ilə güclənib.
Araş Qadiri ilə 2+1 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu son olaraq “Traktorsazi”nin formasını geyinib. O, daha əvvəl İranda “Aliminium” və “Peykan” klublarında çıxış edib.
Qeyd edək ki, "Turan Tovuz" bunadək Tural Bayramlı, İvan Konovalov, Sergey Samok, Kristian da Silva və Veysəl Rzayevi də sıralarına cəlb edib.