Madrid “Real”ının sabiq futbolçusu Xames Rodriges Avropaya qayıtmaq istəyir. Matc.az xəbər verir ki, o, Braziliya klubu “San Paulo” ilə müqaviləsini ləğv edərək azad agent statusu daşımaq niyyətindədi.

Kolumbiyalı yarımmüdafiəçi 2023-cü ilin iyulunda azad agent kimi “San Paulo”ya keçib. Onun klubla müqaviləsinin müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Rodriges Amerika Kubokunun ən yaxşı oyunçusu mükafatını qazanıb. O, turnirdə 1 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest