“Çelsi” “Atlanta”nın amerikalı futbolçusu Kaleb Uaylini heyətinə qatıb.

Matc.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, ilin sonunda 20 yaşı tamam olacaq 19 yaşlı amerikalı müdafiənin sol cinahında oynayır və komandasının əsas oyunçusudur.

O, bu mövsüm “Atlanta” üçün 21 MLS oyununa çıxıb, bir qol vurub və iki sarı vərəqə alıb.

Qeyd edək ki, “Çelsi” futbolçu üçün 10 milyon avro ödəyib, lakin ola bilsin ki, gənc oyunçu ilin sonuna qədər indiki klubunda icarə əsasında çıxış etsin və ya Avropada başqa kluba icarəyə göndərilsin.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest