Belçika millisi və “Everton”un yarımmüdafiəçisi Amadu Onana karyerasını “Aston Villa”da davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, Onananın transferi “Aston Villa”ya 50 milyon funt-sterlinqə (59,5 milyon avro) başa gəlib.

22 yaşlı futbolçu AVRO-2024-də Belçika millisinin heyətində dörd oyun keçirib və turnirin 1/8 finalına yüksəlib.

Qeyd edək ki, Onana 2022-ci ildən “Everton”da çıxış edir. Ötən mövsüm yarımmüdafiəçi Liverpul klubunun heyətində bütün turnirlərdə 37 oyun keçirib və iki qol vurub. “Transfermarkt” internet portalında futbolçunun təxmini dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest