İngiltərənin əfsanəvi mərkəz yarımmüdafiəçisi Qaret Barri 2020-ci ildə peşəkar karyerasını sonlandırıb, lakin son dörd il ərzində o, futbol oynamaq üçün çox darıxdığı görünür.
Matc.az xəbər verir ki, Barri karyerasını İngiltərənin 11-ci divizionunda çıxışı edən “Hurstpierpoint” həvəskarlar klubunda davam etdirmək qərarına gəlib.
Bildirilir ki, Barrinin komandanın baş məşqçisi Maykl Standinqlə uzun müddətdir dostluq münasibəti var.
O da qeyd olunur ki, məşq zamanı 43 yaşlı sabiq futbolçu özünü yaxşı tərəfdən göstərə bilib.
Qeyd edək ki, Qaret Barri İngiltərə Premyer Liqası tarixində ən çox oyun keçirən rekorda sahibdir – 653 oyun. Onun karyerasında son klubu “Vest Bromviç” olub və buna qədər Barri “Mançester Siti”, “Everton” və “Aston Villa”da çıxış edib.