İtaliya millisinin sabiq müdafiəçisi Daniele Ruqani rəsmən “Ayaks”ın futbolçusu olub.

Matc.az xəbər verir ki, 30 yaşlı italyan icarə əsasında “Yuventus”dan Amsterdam klubuna keçib. Təcrübəli futbolçu Amsterdamda ən azı bir mövsüm keçirəcək - 2025-ci ilin yayına qədər.

Maraqlıdır ki, Ruqani bu yaxınlarda İtaliya klubu ilə müqaviləsini uzadıb. Onun yeni müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Ruqani “Empoli”nin yetirməsidir və o, 2015-ci ildə “Yuventus”a keçib. Təcrübəli müdafiəçi ötən mövsüm “qoca sinyora”nın heyətində 18 oyun keçirib və 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest