22 Avqust 2024, 01:36
FUTBOL
“Yuventus” “Milan”dan mərkəz müdafiəçisi Pyer Kalulyunun transferini rəsmən açıqlayıb.
Matc.az xəbər verir ki, fransız futbolçu icarə əsasında Turin klubuna keçib.
“Yuventus” bu kredit üçün 3 milyon avro ödəyib. Müqavilədə 14 milyonluq satın alma maddəsi də yer alır.
Qeyd edək ki, Kalulyu 2020-ci ilin yayında 1,3 milyon avroya “Lion”dan “Milan”a keçib. Ötən mövsüm 24 yaşlı futbolçu zədə səbəbindən A Seriyasında cəmi 9 oyun keçirib.