22 Avqust 2024, 10:34
FUTBOL
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni komandası “Nürnberq”də kollektivə qoşulacağı tarix bəlli olub. Matc.az “Bild” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu millilərin rəsmi oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra komanda ilə məşqlərə qatılacaq.
Bu isə sentyabrın ortalarına təsadüf edir. Emreli hazırda fərdi məşqlərlə kifayətlənir.
Qeyd edək ki, Mahir Emreli Bundesliqa II təmsilçisi ilə bu ay 1 illik müqavilə imzalayıb.