Goal.com nəşri futbol tarixinin ən uğursuz 15 transferini sıralayıb. Matc.az xəbər verir ki, cədvələ Usman Dembele başçılıq edir. Fransalı hücumçu 2017-ci ildə Dortmund “Borussiya”sından “Barselona”ya keçsə də, İspaniya nəhəngində özünü doğrultmayıb.

Goal.com nəşri futbol tarixinin ən uğursuz 15 transferini sıralayıb. Matc.az xəbər verir ki, cədvələ Usman Dembele başçılıq edir.

Fransalı hücumçu 2017-ci ildə Dortmund “Borussiya”sından “Barselona”ya keçsə də, İspaniya nəhəngində özünü doğrultmayıb.

1. Usman Dembele (Fransa) – “Borussiya”dan (Dortmund) “Barselona”ya: 2017-ci il, 135 milyon avro

2. Eden Azar (Belçika) – “Çelsi”dən “Real”a: 2019-cu il, 120,8 milyon avro

3. Filippe Koutinyo (Braziliya) – “Liverpul”dan “Barselona”ya: 2018-ci il, 135 milyon avro

4. Pol Poqba (Fransa) – “Yuventus”dan “Mançester Yunayted”ə: 2016-cı il, 105 milyon avro

5. Romelu Lukaku (Belçika) – “İnter”dən “Çelsi”yə: 2021-ci il, 113 milyon avro

6. Joao Feliks (Portuqaliya) – “Benfika”dan “Atletiko”ya: 2019-cu il, 127 milyon avro

7. Nikolas Pepe (Fil Dişi Sahili) – “Lill”dən “Arsenal”a: 2019-cu il, 80 milyon avro

8. Harri Maquayr (İngiltərə) – “Lester”dən “Mançester Yunayted”ə: 2019-cu il, 87 milyon avro

9. Antuan Qrizmann (Fransa) – “Atletiko”dan “Barselona”ya: 2019-cu il, 120 milyon avro

10. Alvaro Morata (İspaniya) – “Real”dan “Çelsi”yə: 2017-ci il, 66 milyon avro

11. Romelu Lukaku (Belçika) – “Everton”dan “Mançester Yunayted”ə: 2017-ci il, 84,7 milyon avro

12. Kepa Arrizabalaqa (İspaniya) – “Atletik”dən “Çelsi”yə: 2018-ci il, 80 milyon avro

13. Neymar (Braziliya) – “Barselona”dan PSJ-yə: 2017-ci il, 222 milyon avro

14. Zlatan İbrahimoviç (İsveç) – “İnter”dən “Barselona”ya: 2009-cu il, 69,5 milyon avro

15. Hames Rodriges (Kolumbiya) – “Monako”dan “Real”a: 2014-cü il, 75 milyon avro

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest