“Bizi çətin oyun gözləyir. Öz oyunumuzu sərgiləsək, uğur qazanacağımıza inanıram”. Matc.az xəbər verir ki, bunu “Omoniya”nın futbolçusu Veljko Şimiç Konfrans Liqasının pley-off mərhələsində “Zirə” ilə keçiriləcək ilk oyun barədə danışarkən deyib.

Serbiyalı hücumçu turnirin qrup mərhələsinə yüksəlmək arzusunda olduqlarını bildirib: “Müsbət nəticə qazanmaq üçün müdafiədə etibarlı çıxış etməli, hücumda isə dinamik, yaradıcı olmalıyıq. Bir sözlə, indiyə qədərki oyunumuzu təkrarlamaq lazımdı. Hədəfimiz qrupa düşməkdi. Azarkeşlərimizin də dəstəyi ilə bu gün tapşırığın ilk hissəsini görmək istəyirik”.

Qeyd edək ki, bu gün Nikosiyada keçiriləcək “Omoniya” – “Zirə” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest