22 Avqust 2024, 14:58
FUTBOL
"Fulhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, İngiltərə təmsilçisi Norveç yığmasının üzvü Sander Berqeni sıralarına cəlb edib.
Berqe “Börnli”dən transfer olunub. 26 yaşlı futbolçu ilə 2029-cu ilin yayınadək müqavilə bağlanıb. Razılaşmaya görə, yarımmüdafiəçinin sözləşməsinin müddəti daha 1 illik uzadıla bilər.
Qeyd edək ki, Berqe “Fulhem”də 16 nömrəli formanı geyinəcək.