“Qarabağ”ın heyətində nə qədər braziliyalının və Fransa liqasında çıxış edənlərin olduğunu gördük. Oyun “Dinamo” üçün çox çətin keçdi"

"Oyunu izləməyən, təkcə nəticəsini görənlər deyirlər ki, 3:0 məntiqli nəticədir, çünki rəqib az tanınan “Qarabağ”dı. Ancaq onların “Qarabağ”ın heyətindən xəbərləri yoxdu”. Matc.az xəbər verir ki, bu sözləri xorvatiyalı mütəxəssis Tomislav İvkoviç deyib.

Yerli mətbuata açıqlama verən 64 yaşlı futbol adamı Çempionlar Liqasının pley-off məthələsinin ilk oyunları çərçivəsində keçirilən “Dinamo” – “Qarabağ” oyununa (3:0) toxunub.

O, Ağdam klubunun çıxışı haqda müsbət fikirlər səsləndirib: “Qarabağ”ın heyətində nə qədər braziliyalının və Fransa liqasında çıxış edənlərin olduğunu gördük. Oyun “Dinamo” üçün çox çətin keçdi. "Dinamo" oyunun böyük hissəsini dözdü”.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 28-də Bakıda gerçəkləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest