22 Avqust 2024, 15:49
FUTBOL
Komandanın futbolçusu Fərid Yusifli ilə yollar ayrılıb.
“Neftçi”də ayrılıq baş verib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Komandanın futbolçusu Fərid Yusifli ilə yollar ayrılıb.
Klub Fəridə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Yusifli “Neftçi”nin heyətində meydana çıxdığı 4 mövsüm (2020/2021-2023/2024) ərzində ümumilikdə 38 matçda oynayıb.