22 Avqust 2024, 18:33
FUTBOL
“Atalanta” klubu “Torino”nun sağ cinah müdafiəçisi Raul Bellanovanı transfer edib.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, “Atalanta” 24 yaşlı müdafiəçi üçün 20 milyon avro ödəyib. Bellanova ilə 5 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Raul Bellanova ötən mövsüm A Seriyasında turinlilərin heyətində 37 oyun keçirib, 1 qol vurub və 5 sarı vərəqə alıb.