23 Avqust 2024, 11:20
FUTBOL
“Zirə”nin sabiq futbolçusu Nelson Bonilyanın yeni komandası bəlli olub. Matc.az xəbər verir ki, Salvador millisinin hücumçusu Malayziya klubu ilə anlaşıb.
Son olaraq Tailand təmsilçisi “Sukotai”də oynamış 33 yaşlı forvard bundan sonra “Terenqqanu”nun formasını geyinəcək. Onun yeni komandası hazırda Malayziya çempionatında 3-cü yerdədi.
Qeyd edək ki, N.Bonilya 2015/16 mövsümünü “Zirə”də keçirib. O, Azərbaycan Premyer Liqasında 14 qolun müəllifi olub.