23 Avqust 2024, 11:54
FUTBOL
Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov yeni təyinat alıb. Matc.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, Zaur Hacı-Məhərrəmov Millətlər Liqasında keçiriləcək Latviya - Farer adaları oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, matç sentyabrın 10-da keçiriləcək.