23 Avqust 2024, 13:36
FUTBOL
"Real" rəhbərliyi komandanın futbolçusu Mario Martini icarəyə verib. Matc.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçisi icarə əsasında "Valyadolid"in formasını geyinəcək.
Belə ki, tərəflər arasında 1 illik icarə müqaviləsi imzalanıb. “Real”ın öz yetirməsi olan Martin “Valyadolid”də özünü yaxşı tərəfdən göstərə bilsə, mövsümün sonunda “kral klubu”na qaytarıla bilər.
Qeyd edək ki, “Valyadolid” La Liqanın yeni mövsümünə “Espanyol” üzərində qələbə qazanmaqla başlayıb.