“Barselona”nın sabiq futbolçusu Munir El-Haddadi İspaniyadakı karyerasını davam etdirəcək. Matc.az xəbər verir ki, kataloniyalıların yetirməsi “Leqanes”lə anlaşıb.

28 yaşlı hücumçu La Liqa təmsilçisi ilə 2 illik müqavilə bağlayıb. O, əvvəllər “Barselona” ilə yanaşı, “Valensiya”, “Alaves”, “Sevilya”, “Xetafe” və “Las Palmas”ın formasını geyinib.

Qeyd edək ki, 2014-cü ildə İspaniya millisinin heyətində 1 oyun keçirən Munir El-Haddadi 2021-ci ildən Mərakeş yığmasına çağırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest