23 Avqust 2024, 14:46
FUTBOL
Almaniya millisinin sabiq futbolçusu İlkay Gündoğan yenidən İngiltərədə çıxış edəcək. Matc.az xəbər verir ki, yarımmüdafiəçi “Mançester Siti”yə qayıdıb.
Premyer Liqa çempionu rəsmi saytı vasitəsilə Gündoğanın dönüşünü elan edib. 33 yaşlı orta sahə oyunçusu “şəhərlilər”lə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, İlkay Gündoğan 2016-2023-cü illərdə “Mançester Siti”nin formasını geyinib. O, ötən mövsümü “Barselona”da keçirib.