23 Avqust 2024, 16:00
FUTBOL
“Real”ın qapıçısı Tibo Kurtua Belçika millisindəki gələcəyinə aydınlıq gətirib. Matc.az xəbər verir ki, ulduz futbolçu bununla bağlı sosial şəbəkə səhifəsində paylaşım edib.
Kurtua baş məşqçi postunda Domeniko Tedesko olduğu müddətdə millidə oynamayacağını bildirib
“Ölkəmi meydanda təmsil etməkdən qürur duyuram. Yığmada 100 oyun keçirəcəyimi heç xəyal da edə bilməzdim. Təəssüf ki, baş məşqçi ilə baş verən hadisələrdən və çox düşündükdən sonra onun rəhbərliyi altında yığmaya qayıtmamağa qərar verdim. Bu məsələdə öz məsuliyyətimi qəbul edirəm. Ola bilsin ki, bəzi azarkeşləri məyus etdim, amma bu, Belçika üçün ən yaxşı variantdı”.
Qeyd edək ki, Tibo Kurtua 2011-ci ildən bəri Belçika millisinin heyətində 102 oyun keçirib.