Qadın futbolçulardan ibarət “Neftçi” komandasının UEFA Çempionlar Liqasının birinci mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Matc.az xəbər verir ki, UEFA sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq görüşü Xorvatiya və İtaliyadan olan hakimlər briqadasına həvalə edib:

Çempionlar Liqası

İlkin mərhələ

4 sentyabr

18:00. “Sankt-Pölten” – “Neftçi”

Baş hakim: Jelena Kumer (Xorvatiya)

Baş hakimin köməkçiləri: Sanja Rodjak-Karšić (Xorvatiya), Francesca Di Monte (İtaliya)

Dördüncü hakim: Maria Marotta (İtaliya)

Tskaltubo Texniki Mərkəzi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest