Paulo Dibala “Roma”da qalmaq qərarına gəlib. Matc.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi “Əl-Kadisiya”ya keçməkdən imtina edib.

Səudiyyə Ərəbistanı klubu ulduz futbolçuya illik 25 milyon avro olmaqla üçillik müqavilə təklif edib. Əvvəlcə buna müsbət yanaşan, 30 yaşlı hücumçu sonradan fikrini dəyişərək, İtaliyada qalacağını açıqlayıb.

Qeyd edək ki, Paulo Dibala ötən mövsüm A seriyasında 28 oyun keçirib, 13 qol vurub, 9 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest