“Qarabağ” növbəti transferini reallaşdırıb.

Matc.az xəbər verir ki, bir müddətdir İspaniyanın “Alkorkon” klubu ilə aparılan danışıqlar müsbət nəticələnib və hücumameylli yarımmüdafiəçi Emmanuel Addai heyətə cəlb edilib.

Ağdam təmsilçisi ilə 23 yaşlı qanalı futbolçu arasında 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Addainin son komandası 2022-24-cü illərdə formasını geyindiyi İspaniya təmsilçisi “Alkorkon” olub. O, bunadək Fransada “Bobiqni” klubunda (2021-2022) çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest