23 Avqust 2024, 18:31
FUTBOL
“Real” qarşıdakı La Liqa oyunlarında ulduz yarımmüdafiəçisi Jude Bellinqemsiz mübarizə aparmalı olacaq. Futbolçuya sağ ayağının plantar əzələsinin burxulması diaqnozu qoyulub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı paylaşıb.
Bellinqemin sağalmasının dəqiq vaxtı barədə məlumat verilməyib. İspaniya mətbuatında yer alan məlumatlara görə, o, milli komandadakı fasilədən sonra, sentyabrın ortalarında meydana qayıda biləcək.
Bu o deməkdir ki, Bellinqhem La Liqanın ən azı üç turunda - “Valyadolid”, “Las Palmas” və “Betis” ilə oyunlarda meydanda olmayacaq.