Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Azərbaycan Premyer Liqasının IV turunda “Səbail” doğma meydanda “Kəpəz”i 4:0 hesabı ilə məğlub edərək ilk qələbəsini qazanıb.
Matc.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Düşünürəm ki, maraqlı oyun oldu. Əsas istədiyim futbolu ala bildim. Həm qollarda, həm də hücum quruluşunda komanda yaxşı futbol oynadı. Oyunda dinamika vardı, ritmi axıra qədər saxlaya bildik. Futbolçularıma təşəkkür edirəm. Üç oyundan sonra toparlana bildik. Yeni komandayıq, on bir nəfərdən onu ilk dəfədir bir yerdə oynayırlar. Bizə zamanı tələsdirmək lazım idi, düşünürəm ki, oyunumuz alındı. “Kəpəz”ə uğurlar arzu edirəm. Onlarda da heyət yenidir. Liqada qalmaq üçün mübarizə apara bilərlər. Hesab bizi aldatmasın. Komandamız hücumda çox keyfiyyətli oynadığı üçün bu hesab alındı. Komandalar başa-baş mübarizə aparırdılar. Artıq, bu oyunu unudub, növbəti oyuna köklənməliyik.
- Dördüncü oyunda qələbə gəldi. Hansı qoldan sonra rahatlıq hiss etdiz?
- Hesab 2:0 olanda da çətin idi. Əgər biz qol buraxsa idik, futbolçular psixoloji cəhətdən düşə bilərdilər. Amma komandanın oyunu alındı, üçüncü qoldan sonra qələbənin uzaqda olmadığını hiss etdim.
- Avrokuboklarda “Qarabağ”ın məğlubiyyəti gözlənilməz idi, yoxsa “Zirə”nin?
- Hər ikisinin. “Qarabağ” oyun göstərdi 3:0 uduzdu. Əksi də ola bilərdi. “Qarabağ” səfərdə olmasına baxmayaraq, öz oyunundan qaçmadı. Müdafiədə oynayıb, mərhələnin taleyini ikinci oyunda həll edə bilərdi. Oyun varsa, nəticə nə zamansa olacaq. “Zirə”də oyun ilk dəqiqələrdən alınmadı. “Zirə” öz səviyyəsindən aşağı çıxış etdi, amma bu hesaba layiq deyildi. Hər ikisinə uğurlar azru edirəm.