“Fənərbaxça”nın futbolçusu Fərdi Kadıoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Matc.az xəbər verir ki, Kadıoğlu “Brayton”la anlaşıb. İngiltərə komandası ilə “Fənərbaxça” arasında da razılıq əldə olunub.

İstanbul klubu bu transferdən 30 milyon avrodan çox qazanacaq və futbolçunun sonrakı satışında da pay sahibi olacaq.

Türkiyə millisinin futbolçusu xüsusi təyyarəylə, ailəsi ilə birlikdə İngiltərəyə yola düşüb.

Qeyd edək ki, Fərdi Kadıoğlu 2018-ci ildə Niderlandın “NEC Nijmegen” klubundan “Fənərbaxça”ya transfer olub. 24 yaşlı futbolçu “sarı-lacivərtlilər”in heyətində 204 matça çıxıb, 18 qol vurub və 22 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest