“Renn”in hücumçusu Bertuğ Yıldırım “Xetafe”yə keçib.

Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

Söhbət futbolçunun sonrakı satınalma hüququ olmadan bir mövsümə icarəyə götürülməsindən gedir.

Xatırladaq ki, türkiyəli forvard ötən yay “Hatayspor”dan 5,4 milyon avroya “Renn”ə keçib. 22 yaşlı futbolçu Fransa klubunun heyətində 28 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest