Almaniya Bundesliqasının I turunda “Borussiya” doğma meydanda “Bayer”lə üz-üzə gəlib.
Matc.az xəbər verir ki, oyun Münhenqladbaxdakı “Borussiya-Park” stadionunda baş tutub. Qarşılaşma 2:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Görüşün 12-ci dəqiqəsində qonaqların yarımmüdafiəçisi Qranit Xaka hesabı açıb. 38-ci dəqiqədə “Bayer”in hücumameyilli yarımmüdafiəçisi Florian Virtz hesabdakı fərqi artırıb. 59-cu dəqiqədə meydan sahiblərinin müdafiəçi Niko Elvedi hesab fərqini azaldıb. 85-ci dəqiqədə “Borussiya”nın hücumçusu Tim Klayndienst matçda hesabı bərabərləşdirib. 90+11-ci dəqiqədə isə Virtz dubla imza ataraq oyunda yekun hesabı müəyyənləşdirib.
Xatırladaq ki, ötən mövsümün sonunda “Bayer” 34 oyunda 90 xal toplayaraq Almaniya çempionu olub. “Borussiya” isə 34 xalla çempionaı 14-cü yerdə tamamlayıb.