“Barselona” Dani Olmonun transferini rəsmiləşdirmək üçün əlindən gələni etməyə davam edir.

Matc.az xəbər verir ki, bu məqsədlə klub bəzi futbolçularla yollarını ayırır. Kataloniya klubu mərkəz müdafiəçisi Klement Lenqletlə müqaviləni 2027-ci ilə qədər uzatmaq qərarına gəlsə də, futbolçu dərhal Madrid “Atletiko”suna icarəyə gedəcək. Müqavilədə satın alma bəndi yoxdur və maaşın böyük hissəsini Madrid klubu ödəyəcək.

İlkay Gündoğan və Viktor Rokenin Kataloniya klubundan ayrılmasına baxmayaraq, Olmonun transferini hələ də yekunlaşdırmaq mümkün olmayıb. “Barselona” ispan yarımmüdafiəçini qeydiyyatdan keçirmək üçün yaxın günlərdə heyətində daha bir neçə yeri boşaltmalıdır.

Həmçinin, katalonların satmağa hazır olduqları futbolçulardan biri də mərkəz müdafiəçisi Andreas Kristensendir. “Barselona” potensial alıcılarından Kristensen üçün 25 milyon avro tələb edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest