24 Avqust 2024, 10:17
FUTBOL
22 yaşlı isveçli yarımmüdafiəçi Sebastyan Nanasi "Malmö"dən "Strasburq"a keçib.
Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.
Transfer məbləği 11 milyon avro olub. Müqavilə 30 iyun 2029-cu il tarixinədək imzalanıb.
Qeyd edək ki, sol cinah yarımmüdafiəçisi "Malmö"nün heyətində 94 oyun keçirib, 26 qol vurub və 21 məhsuldar ötürmə edib. Sebastyan Nanasi İsveç millisində 3 oyun və 1 qolu da var.