Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi "Araz-Naxçıvan" bu gün ilkin mərhələdə sonuncu oyununa çıxacaq.
Matc.az xəbər verir ki, H qrupunda yer alan ölkə çempionu İsveçin "Uddevalla" kollektivi ilə qarşılaşıb.
Udevalla şəhərində yerləşən "Agnebergshallen" zalında keçirilən görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla qrupu 9 xalla birinci pillədə tamamlayan "Uddevalla"əsas mərhələyə yüksəlib. "Araz-Naxçıvan" isə 6 xalla ikinci yeri tutaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" ilk iki turda "Sparta Belfast"ı (Şimali İrlandiya) 7:1, "Sillamae Silla"nı (Estoniya) isə 7:0 hesabı ilə məğlub edib.
Çempionlar Liqası
H qrupun, III tur
24 avqust
16:00. “Uddevalla” – “Araz-Naxçıvan” - 4:3
Agnebergshallen. Saat
Hakimlər: Pawel Tokarewicz (Polşa), Trayan Enchev (Bolqarıstan), Yasin Alageyik (Belçika)
Timekeeper: Kastriot Gerxhaliu (İsveç)
Hakim-inspektor: Timo Onatsu (Finlandiya)
UEFA nümayəndəsi: Andris Utinans (Latviya)